Dərman firması əməkdaşlarının həkimlərlə sövdələşmə aparmasına qadağa qoyulub

Səhiyyə Nazirliyi dərman firmalarının əməkdaşlarının iş vaxtı xəstəxanalara gedib həkimlərlə sövdələşmə aparmasına qadağa qoyub. Bunu Səhiyyə Nazirliyinin (SN) Əzçaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.

O qeyd edib ki, SN bu məsələlərə ciddi nəzarət edir və bu cür hallar aşkar olunduğu halda, lazımi tədbirlər görülür: "Əgər vətəndaşlar hansısa xəstəxanalarda bu cür hallarla rastlaşarlarsa, Səhiyyə Nazirliyinə müraciət edə bilərlər". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR