Əli Əhmədov apteklərdə bəzi dərmanların çatışmazlığından danışdı

Hazırda Azərbaycanın dərman bazarında sabitlik mövcuddur. Bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, Azərbaycanın dərman bazarındakı bütün dərman preparatları idxal olunur və təbii ki, bu, müəyyən qədər bəzi hallarda dərmanların gətirilməsi, çatdırılması ilə bağlı cüzi problemlər yaradır:

"Amma hazırda dərman bazarında sabitlik mövcuddur. Ola bilər ki, kiminsə axtardığı dərman preparatı hər hansı aptekdə tapılmır. Bu istiqamətdə daxil olan məlumatlar operativ şəkildə müvafiq qurumlar tərəfindən araşdırılır. Biz həm apteklər, həm depolar, həm də dərman idxalı ilə məşğul olan şirkətlərlə mütəmadi əlaqə yaradırıq və bəzi dərmanların çatışmazlığı məsələsinin də nədən qaynaqlanması ilə maraqlanacağıq. Əgər depolarda dərman varsa və onun pərakəndə satışı həyata keçirilmirsə, təbii ki, bu bizi narahat edir. Faktı araşdıracağıq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR