Narkomaniya əleyhinə yeni sosial çarx hazırlanıb

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, bu sahədə maarifləndirmə işləri davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, qeyd edilən sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomaniya və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə "Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir" adlı yeni sosial rolik (sayca dördüncü) hazırlanıb. Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində insan orqanizmində mərhələli qayda da baş verən dəyişikliklər və sonda onun məhvedici təsiri aydın təsvir olunmuşdur. Video çarx "Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir" xəbərdaredici məlumat və şüarı ilə tamamlanıb. Sosial rolikin cari il ərzində geniş kütlə arasında nümayiş etdirilməsi nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR