Azərbaycan diaspor təşkilatı ukraynalı şairin yubileyini qeyd edib 

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Səməd Vurğun adına Kiyev Kitabxanası və Ukraynanın krım-tatar gəncləri ukraynalı şair, tərcüməçi Mıkol Miroşniçenkonun yaradıcılıq gecəsini keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Şairin 70 illik yubileyinə həsr olunmuş tədbirdə UAGB-nin sədri İlhamə Allahverdiyeva Ukrayna oxucusunu şərqin, o cümlədən Azərbaycanın klassik və müasir şairlərinin əsərləri ilə tanış edən M.Miroşniçenkonun tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirib, gənclərin belə bir şairi tanımasının vacibliyini qeyd edib. Tədbirdə Azərbaycanın Ukraynadkı Səfirliyinin 1-ci katibi Fərid Babayev çıxış edərək Ukraynada Azərbaycan ədəbiyyatının təbliğinə töhfələr verən Mıkol Miroşniçenkoya azərbaycanlıların böyük rəğbətindən danışıb. Şairin yaradıcılıq gecəsində Səməd Vurğun adına Kitabxananın direktoru Qalina Çebotareva, şairin həyat yoldaşı Larisa Miroşniçenko, Ukrayna Azərbaycanlıları Biləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və başqaları çıxış edərək xatirələrini paylaşıblar. Tədbirdə M.Miroşniçenkonun tərcümə etdiyi Azərbaycan şairlərinin bəzi əsərləri səsləndirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR