“Azəravtoyol” rəhbərliyi Cocuq Mərcanlıya gedib

"Azəravtoyol" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və cəmiyyətin səlahiyyətli şəxsləri Cəbrayıl rayonunun işaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedib. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən daxil olub. Bildirilib ki, cəmiyyət rəhbərliyi Cocuq Mərcanlıdakı yol infrastrukturu ilə tanış olub, sözügedən kəndə çəkiləcək yeni yolla bağlı görüləcək işlərlə maraqlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə gedən yolun təmir edilməsi ilə bağlı sərəncam imzalayıb və həmin sərəncama əsasən yolun tikintisi üçün "Azəravtoyol" ASC-yə vəsait ayrılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR