“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kimya-Biologiya təmayüllü Respublika Liseyində 2017-ci il "İslam Həmrəyliyi İli" çərçivəsində "Dini radikalizm və ekstremizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Liseyin direktoru Kamran Rəhimov, Keşlə "Şah Abbas" qəsəbə məscidinin axundu Hacı Sirac Səfərov, müəllim və şagirdlər iştirak ediblər. Bəhman Hüseynov məktəblilərin dini radikalizm və ekstremizm barədə zəruri məlumatlara malik olmasının əhəmiyyətindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizm və ekstremizmin zərərli təsirlərini, gənclərin onların fəsadlarından qorunmağı üçün ilk növbədə maariflənmələrinin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR