“AtaSığorta” ASC-nin “Paytaxt” filialı açılıb 

"AtaSığorta" ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni "Paytaxt" filialını istifadəyə verib. "OLAYLAR"-a daxil olan məlumata görə, şirkətin "Paytaxt" filialı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi 24 ünvanında fəaliyyət göstərməyə başlayıb. Geniş əhali kütləsinə və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan rahat filial binası müasir texnoloji avadanlıqlarla təmin edilib. Açılış mərasimində çıxış edən İdarə Heyətinin üzvü Ramil Abdullayev deyib ki, AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial "AtaSığorta" ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR