"Erməni ordusunda Vigen Sarkisyanı məhv etməyə hazır olan “müharibə quzğunları” var"

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın Azərbaycan ilə həmsərhəd olan bölgələrə "təftiş" məqsədli səfəri həm yerli əhali, həm də hərbçilər arasında yalnız qıcıq və ikrah hissi doğurub. Bunu V.Sarkisyanın səfərini şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənova bildirib.

Ə.Həsənov qeyd edib ki, Qarabağ savaşını, ümumiyyətlə müharibə və ordu həyatını foto və videolentlərdən izləyən, kitab, qəzet və internetdən oxuyan, "müharibə"də iştirakı yalnız kompüter oyunları ilə məhdudlaşan gənc nazirin Ermənistan ordusunda nüfuzu döşəmə haşiyəsi səviyyəsindən də aşağıdır.

"Peşəkar hərbçi olmayan, ümumiyyətlə, hərbi işdən başı çıxmayan, qoşunların idarə olunması və döyüş əməliyyatlarının aparılması haqqında təsəvvürü belə olmayan V.Sarkisyanın silahlı qüvvələrlə bağlılığı onun tərcümeyi-halında yalnız bir sətirlə ifadə olunub. O, 2000-2003-cü illərdə müdafiə nazirinin referenti vəzifəsində xidmət edib. Bununla belə, V.Sarkisyanın Ermənistanda baş verən irili-xırdalı əksər korrupsiya qalmaqallarında, digər mənfi hallarda adı hallandırılan Serj Sarkisyan administrasiyası ilə birbaşa bağlılığı var. Məhz bu, onun belə bir strateji posta təyin olunmasına təkan verən amildir.

Hərbi hissələrə səfərləri zamanı hərbçilər qarşısında şəxsi təkəbbürü və ambisiyaları xətrinə səsləndirdiyi bəsit, hərb işindən uzaq, qeyri-peşəkar fikirlər Ermənistan ordusunda hazırda xidmət edən və Seyran Ohanyana sadiq "köhnə qvardiya"nın və Qarabağ müharibəsi iştirakçılarının ciddi, eyni zamanda, hələlik üstüörtülü etirazları ilə qarşılanır. Erməni politoloqları və şərhçilərinin də fikrincə, belə davam edərsə, qısa müddətdə V.Sarkisyanın ən pis halda fiziki məhvi, ən yaxşı halda isə vəzifədən uzaqlaşdırılması prosesi qaçılmazdır", - deyə Ə.Həsənov bildirib.  AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR