65 min manata satılan maşın nömrələri - Bu qanunsuzluğu necə həyata keçirirlər?- VİDEO

Bakıda satış portallarında bir-birindən bahalı avtomobil dövlət nömrə nişanları satılır. 

Xüsusən qoşa rəqəmli olan həmin nömrələr müştərilərə bir evin qiytmətinə təklif edilir. 

Satışda 10, 15, hətta 65 min manata nömrələr var. Bəs qanunla bu düzgündürmü? Yəni kim istəsə, avtomobilinin qeydiyyat nişanını sata bilərmi? 

Baş Dövlət Yol Polis İdarəsi məsələyə münasibət bildirib.

Yol hərəkəti üzrə ekspert Tural Yusifov Xəzərxəbər-ə bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri satılır. Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır. 

Ekspertin sözlərinə görə, kimsə öz avtomobilinin nömrəsini satırsa, bu, qanuna ziddir.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, "Mən filan nömrəni satıram" tipli təşəbbüslər qanunla qadağandır: "Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsinə görə, nömrələr aid olduğu avtomobilin üzərində satıla bilər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR