Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi tədqiqatlar  müzakirə edilib


Fevralın 15-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov  "Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.

Nazim Məmmədov qeyd edib ki, Bölmə XXI əsrin çağırışlarını, Prezident İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq, yaxın illərdə Azərbaycanda fizika-riyaziyyat və texnika elmləri sahəsində tədqiqatların prioritet istiqamətlərini müəyyən edib.
2016-cı ildə bölmənin alimlərinin 1068 məqaləsinin nəşr olunduğunu vurğulayan Fizika İnstitutunun direktoru bunlardan 413-ünün SCOPUS və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnallarda, konfrans materiallarında dərc edildiyini deyib.
Alim hesabat ilində bölmənin dörd institutunda magistraturaya qəbul prosesinin aparıldığını qeyd edib.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR