Beynəlxalq Turizm yarmarkasında Göygöl turizm məkanı kimi təqdim olunacaq

Cari ilin mart ayında Almaniyanın Berlin şəhərində Beynəlxalq Turizm yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, beynəlxalq əhəmiyyətli tədbirin İkigünlük fəaliyyəti dövründə Göygöl bölgəsi yarmarka iştirakçılarına ölkəmizin turizm məkanı kimi təqdim olunacaq. Bu məqsədlə Göygöl bölgəsinə işgüzar səfər edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədqiqat və İnkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova bildirib ki, 2017-ci ildə ölkəmizdə alman məskənlərinin yaranmasının 200 illik yubileyi keçiriləcək. Müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh, əminamanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşadığı Azərbaycanda alman izlərinin araşdırılması və tədqiqinə böyük önəm verilir. Təsadüfi deyil ki, Azərbaycan dünyada multikultural dövlət kimi tanınır. Alman irsi məhz Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun mədəniyyət abidələri irsinə daxil edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR