Şəkidə IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başladı

Şəkidə Beynəlxalq multikulturalizm qış məktəbi Şəkidə öz işini davam etdirib. "OLAYLAR"-ın xəbərinə görə, "Azərbaycan multikulturalizmi" fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetinin müəllimi Roza Şəfiyeva "Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi" mövzusunda mühazirə oxuyublar. Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar. Qış məktəbinin iştirakçıları tədris vaxtından sonra yerli gənclərlə birgə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi hesab olunan, nəinki Qafqazın, eləcə də bütün xristian aləminin ən qədim kilsələrindən sayılan Kişdəki Alban məbədini ziyarət ediblər. Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar. Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə - Xan sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR