Nazir müavini: Prezidentin sərəncamı bir sıra cəzaları alternativ cəzalarla əvəzləyəcək

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı artıq qanunvericiliyin humanistləşdirilməsinin icrasına başlanılıb. Bununla əlaqədar Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmədə işçi qrupları yaradılıb. Bu işçi qrupları birgə işlər aparır, qanunvericilik ciddi təhlil olunur.

"Olaylar" xəbər verir ki, bu fikri ədliyyə nazirinin müavini Azər Cəfərov AZƏRTAC-a açıqlamasında deyib.A.Cəfərov bildirib ki, Sərəncamın əsas məqsədi cəza siyasətinin liberallaşdırılması, humanistləşdirilməsidir. Bu, Prezident İlham Əliyevin humanist siyasətində atdığı mühüm addımların, cinayətin təqibi, cəza siyasətində aparılan islahatların davamıdır. Ədliyyə nazirinin müavini qeyd edib ki, bu, dövlətimizin başçısı tərəfindən atılan ilk addım deyil. Ötən ilin mayında cinayət qanunvericiliyinə xeyli dəyişikliklər edilib. Bu zaman cinayət tərkiblərinin bir çoxu dekriminallaşdırıldı. Daha əvvəl Cinayət Məcəlləsindən döymə norması çıxarıldı. Bu isə bir çox insanları azadlıqdan məhrumetmə cəzasından azad etdi. Vurğulanıb ki, Azərbaycanın cinayət qanunvericiliyində 980 cinayət tərkibi mövcuddur. Onların çox az hissəsində - təxminən 4-5 faizində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmur. Qalan hissədə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur ki, bunlardan 60 faizində azadlıqdan məhrumetmə yalnız tək əsas cəzadır. Ona görə də məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasına daha çox üstünlük verilirdi: "Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar, insanların düşüncə tərzinin ciddi dəyişməsi fonunda cinayət qanunvericiliyinə də baxış yenilənməli idi. Sərəncamın verilməsinin də əsas səbəblərindən biri budur. Bu, nəticə etibarilə cəzaların liberallaşdırılmasına gətirib çıxaracaq, cinayət tərkiblərinin dekriminallaşdırılmasına, cəza siyasətinin humanistləşdirilməsinə, bir sıra cəzaların alternativ cəzalarla əvəzlənməsinə şərait yaradacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR