Strateji Yol Xəritəsinin icrası məqsədilə mexanizm hazırlanıb

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair" Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb. Bu barədə nazirlikdən veriləən məlumata görə,  nazir müavini Seyfəddin Talıbov məsələ ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, "strateji yol xəritəsində" rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması hesabına ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf-lərə effektiv şəkildə nail olmaq üçün icra ediləcək tədbirlərdə planlaşdırma çox vacibdir, buna görə də Nazirlikdə bütün struktur bölmələrin strateji planlaşdırma  əsasında fəaliyyət göstərməsi mexanizmi tətbiq olunacaq. Sonra nazirliyin İcmallaşdırma və statistik təhlil şöbəsinin hazırladığı strateji planlaşdırma mexanizmi qurum rəhbərlərinə təqdim edilib. Təqdimatda təhlil qiymətləndirmələrin aparılması, yeni inkişaf hədəflərinin qoyulması, indikatorların müəyyənləşdirilməsi, monitorinq sisteminin tətbiq olunması və digər məsələlərə dair metodlar və praktiki nümunələr nümayiş etdirilib.

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR