Əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir

Moldova nümayəndə heyəti üçün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair təqdimat keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının  sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin  avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Təqdimat zamanı nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, onların funksional strukturu, xidmətlərin elektron müstəvidə həyata keçirilməsinin  texniki prosedurları və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir İKT-nin müvafiq iş sahələrində tətbiqi məsələlərinə dair müzakirələrlə davam edib.

Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR