Niderlandda Xocalı qurbanları yad ediləcək

Ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda həyata keçirdikləri soyqırımın 25-ci ildönümü Niderland Krallığında da qeyd olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından daxil olub. Bildirilib ki, fevralin 26- da Den Haag şəhərində Xocalı qurbanlarının əziz xatirəsi yad ediləcək. Tədbir Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi , "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə iştirakçılığı ilə baş tutacaq.  Anım tədbirində Xocalı faciəsinin .şahidi, anasını o qanlı gecədə itirmiş Səriyyə Müslümqızı öz aci xatirələrini bölüşəcək.  Tədbirdə həmçinin Haaqa Azərbaycan Məktəbinin şagirdlərinin ifasında şerlər səslənəcək, "Odlar Yurdu " Cəmiyyətinin sədri Frəngiz Bağırovanın Xocalı haqqında hekayəsə və Səriyyə Müslümqızının qısametrajlı filmi də nümayiş etdiriləcək.Tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Den Haaqda qoyulmuş Xocalı Monumentində start veriləcək. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR