Ekspertdən təklif

Müxalifət partiyalarının da Cocuq Mərcanlıya səfəri təşkil olunsun

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir. Müstəqil ekspert Əlabbas Məhərrəmli "OLAYLAR"-a verdiyi açıqlamada xarici ölkə səfirlərinin Cocuq Mərcanlıya səfərini yüksək qiymətləndirməklə yanaşı siyasi partiyaların da ora səfərini təklif edib: "Səhv etmirəmsə bir necə gün bundan qabaq mətbuat nümayəndələrimizin də Cocuq Mərcanli kəndinə səfəri təşkil olunmuşdu. Bu olduqca faydali işdir. Mən təklif edirəm: Azərbaycanda 50 dən cox qeydiyyatdan keçmiş siyasi partiya fəaliyyət göstərir. Olarin icində sağçı, solçu,liberal, radikal fərqinə baxmadan hər partiyaya kvota ayirmaqla Cocuq Mərcanli kəndinə səfərlərini təşkil etmək olar. Məncə xalqını, vətənini Qarabagğıniın azadlığını istəyən partiya bu səfərdən imtina edə bilməz. Belə bir səfər həm də beynalxalq aləmdə "Azərbaycan siyasi səhnəsi Qarabagın azadligi məsələsində birləşməyə hazırdır" anlamina gələ bilər.Qarabag məsələsində iqtidar-müxalifət ola bilməz".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR