Tvinninq layihəsinin təqdimatı oldu

15 fevral 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

Nazirlikdən "Olaylar" - a bildirilir ki, tvinninq layihəsi Avropa təcrübəsinin öyrənilməsi sahəsində nəzəri xarakter daşıyır və Azərbaycanda ekoloji fəaliyyətin, xüsusilə hava monitorinqlərinin keyfiyyətinin nəzəri cəhətdən təkmilləşdirilməsinə xidmət edəcək. Layihə Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Planında qeyd olunmuş prioritet tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcək. Layihə çərçivəsində ölkəmizdə ətraf mühitin monitorinqi sahəsində həyata keçirilən tədbirlər, yanaşma metodları təhlil ediləcək, Tvinninq layihəsi 4 komponent üzrə həyata keçiriləcək; 1- institusional çərçivə, 2-ekoloji monitorinq sistemləri, 3- potensialın artırılması və təlim, 4- praktiki və pilot təcrübələr.

Qeyd edək ki, təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Yeroen Villems, Finlandiya, Avstriya və Latviya Respublikalarının Azərbaycandakı səfirliyinin nümayəndələri, Finlandiyadan Üzv Dövlət üzrə Layihə Rəhbəri Harri Pietarila, həmçinin aidiyyəti dövlət qurumlarının, digər tvinninq layihələrinin nümayəndələri iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR