Respublika Sanitariya-Karantin Müfəttişliyinin fəaliyyətinə həsr edilmiş tədbir

15 fevral tarixində Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) fəaliyyətinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə RSKM-in "Sanitariya- epidemioloji salamatlıq haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası qanunları ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumatlar verildi.

1993-cü ildə yaradılmış müəssisənin fəaliyyətinin əsas məqsədi respublika ərazisinə xüsusi təhlükəli hesab edilən yoluxucu xəstəliklərin gətirilməsinin və istehlak əşyalarının idxalının qarşısını almaqla ümumsistemli dövlət tədbirlərini həyata keçirməkdi. Tədbirdə qeyd edildi ki, ölkədə səhiyyənin digər istiqamətləri kimi sanitar-karantin xidməti də yüksək səviyyədə təşkil edilir. Respublika Sanitariya-Karantin Müfəttişliyinin sanitariya-gigiyena şöbəsi "Sanitariya-Epidemioloji salamatlıq haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası qanunlarını, Nazirlər Kabinetinin 09.03.1993-cü il tarixli 140 saylı, 25.09.2007-ci il tarixli 142 saylı və 17.06.2016-ci il tarixli 231 saylı qərarlarını, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmr, metodiki göstəriş və təlimatlarını əldə əsas tutaraq sanitar-gigiyenik tədbirləri həyata keçirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR