Azərbaycan multikulturalizmi dini həmrəyliyin ünvanı Qaxda

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib. Mərkəzdən "Olaylar" - a bildirilir ki, qış məktəbinin iştirakçıları səhər saatlarında Qax rayonundakı Kürmük məbədi ilə tanış olublar. Tələbələrə məbədin tarixi ilə bağlı bilgi verilib. Kürmük məbədi Azərbaycan multikulturalizm modelini öyrənən tələbələrin dərin marağına səbəb olub.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayondakı Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını müxtəlif dini və etnik qrupların həmrəylik və qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirib. Musa Şəkiliyev tələbələrə rayonun etnik tərkibi haqqında söz açıb.

Qaxdakı Heydər Əliyev Mərkəzində tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə "Qafqaz Albaniyasının tarixi və irsi" mövzusunda mühazirə oxuyub. Ceyhun Eminli Qafqaz Albaniyası dövrünə aid şəxsən özünün iştirakı və rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar haqqında bilgiləri və foto- slaydı qış məktəbi iştirakçılarının diqqətinə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR