“Molla Nəsrəddin lətifələri” kitabı ingilis dilində çap olunub

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.  Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab "Efendi" Nəşriyyat Evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub. Yerli oxucular tabeçilikdə olan kütləvi kitabxanalarda "Molla Nasraddin Anecdotes" kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR