Ümumdünya Turizm Forumunun Qlobal İclası keçiriləcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə "İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli"nin  qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müzakirə ediləcək. Eləcə də həmin forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, eləcə də nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulub

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR