Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti "Olaylar2 -a bildirir ki, Bakıda və Abşeron yarımadasında fevralın 16-sı gündüzdən 17-si axşamadək hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 16-sı gündüz, 17-də hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR