“Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazax rayonu Ağköynək kənd orta məktəbində Qazax rayon Çaylı kənd "Səxavət" məscidi dini icmasının "Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi" layihəsi çərçivəsində "Multikultural dəyərlər və müasirlik" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Rasim Tağıyev ölkəmizdə zəngin multikulturalizm və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsinin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq içində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Digər natiqlər mövzu ilə bağlı məruzələrlə çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasəti cəmiyyətdə güclü dayaqlara malikdir və multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, xalqımızın həyat tərzinə çevrilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR