Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri müzakirə edilib

Tərtər rayon "Cümə" məscidi dini icması Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov məruzə ilə çıxış edib və belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Mövzu ətrafinda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, icma üzvü Saleh Ədilov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və başqaları çıxış ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR