Amerikalı ekspertlər tələbələrlə görüşüb

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisinin iki eksperti Texniki Universitetin (AzTU) professor-müəllim və tələbə heyəti ilə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyalar ünvanı olan Silikon Vadisinin "Minilliyi Layihəsi"nin həmtəsisçisi, "Santa Clara Valley of ASM İnternational Society"nin sədri Brok Hinzman və Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edərək bu görüşdən məmnun olduğunu bildirib. Rektor əvəzi ilə görüşdə Azərbaycan ABŞ elmi əlaqələrinə diqqət çəkilərək mövcud və perspektiv layihələr haqqında müzakirələr aparılıb. Sonra amerikalı ekspertlər AzTU-nun professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Universitetin prorektoru İsa Xəlilov qonaqları iştirakçılara təqdim edib və "Minilliyin Layihəsi" çərçivəsində çalışan nümayəndələrin tələbələrlə görüşünü yüksək qiymətləndirib. Prorektor bildirib ki, bu layihə çərçivəsində qlobal problemlərin həllinə böyük töhfələr verilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR