“Şahdağ” Turizm Mərkəzindən turistlər üçün daha bir yenilik

"Şahdağ" Turizm Mərkəzində 2017-ci il 18-19 fevral tarixlərində snoubord həvəskarları üçün maraqlı və fərqli bir tədbir təşkil olunacaq. "Şahdağ" Turizm Mərkəzi və "Red Bull" un təşkilatçılığı ilə keçiriləcək tədbirin qonağı atlet, snoubord və skeytbord ustası Maksim Kruqlov olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Maksim Kruqlov iştirakçılara snoubord idmanının "park" və "frirayd" üslubu üzrə master-klass keçərək, snoubord sürmənin incəlikləri haqqında iştirakçılara tövsiyələr verəcək. Tədbir çərçivəsində snoubord üzrə "The Fourth Phase" filminin təqdimatı da keçiriləcək. Tədbirin ikinci günü iştirakçılar arasında yarış olacaq və Maksim Kruqlov tərəfindən seçiləcək qalibə "Şahdağ" Turizm Mərkəzi tərəfindən hədiyyə təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR