Nazirlik: 2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərilib

2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161-qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.

2 nəfər tibb işçisi barədə cinayət əlamətləri olduğundan toplanılmış materiallar  Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR