192 saxta diplom aşkarlanıb, materiallar prokurorluğa göndərilib

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə - 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
 
"Səhiyyə Nazirliyinin "Qaynar xətti"nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb", - deyə nazirlikdən bildirilib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR