Nazirlik 33 903 sualı birbaşa cavablandırıb

2017-ci ilin yanvar ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 46 666 zəng üzrə 33 903 sual cavablandırılıb. Bu barədə nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 564 661 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 194284 SMS göndərilib.Yanvar ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 705586 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 63420 vətəndaş qəbul edilib və onlara 107789 sayda xidmət göstərilib. 2017-ci ilin 1 fevral tarixinə vergi ödəyicilərinə ümumilikdə 260190 sayda ASAN İmza sertifikatı verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR