“Tufan”  zirehli maşınının təqdimatı keçirilib

Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan "Tufan" minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, respublikamızın güc qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda  "Tufan" zirehli maşını barədə geniş məlumat verilib. Bildirilib ki, ilk dəfə "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən "Tufan" minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR