Oqtay Əsədov Latviyanın xarici işlər nazirini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. "Olaylar" xəbər verir ki, sədr qeyd edib ki, bu günədək ölkələrimiz arasında 34 sənəd imzalanmış, 8-i üzərində iş davam etdirilir. İqtisadi sahədə əlaqələrimizin daha da dərinləşdirilməsi günün tələbidir: "Ümidvarıq ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı layihə reallaşdıqdan sonra bu sahədə də əhəmiyyətli dönüş yaranacaqdır. Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar".Söhbətdə Sədr Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü vəziyyəti barədə ətraflı məlumat verərək, Prezident İlham Əliyevin Brüsselə son səfərini bu baxımdan yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli əlaqələrin inkişafı üçün yaxşı imkanlar vardır. 
Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sisteminə verdiyi töhfədən danışaraq, gələcəkdə TAP və TANAP qaz layihələrinin reallaşmasını region üçün önəmli hesab edib. 
Spiker Dağlıq Qarabağ probleminin həllində Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Münaqişə ilə bağlı Azərbaycan ictimaiyyətinin Xocalı soyqırımının bu yaxılarda 25 illiyini qeyd edəcəyini söyləyib.  Səmimi qəbul üçün minnətdarlığını bildirən Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Latviya Parlamentinin Sədri adından  Milli Məclisin Spikerini öz ölkəsinə rəsmi səfərə dəvət edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR