Moskva dövlət büdcəsinə böyük həcmdə vəsait ödəyir

Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ölkə büdcəsinin formalaşmasında fəal iştirak edir. "Olaylar" xəbər verir ki, RF paytaxtı dövlət büdcəsinə böyük həcmdə vəsait ödəyir. Məlum olduğu kimi ölkənin vahid büdcə təsnifatına əsasən büdcə gəlirləri vergilərdən daxilolmalar,sosial ayırmalar və digər gəlirlərə bölünür.  Digər gəlirlərə isə icarə haqqı, kreditlə üzrə daxlolmalar və cərimələr daxildir.  Bu faktlar deməyə əsas verir ki, paytaxt Moskvanın dövlət büdcəsinə vəsait ödəməsi üçün kifayət qədər gəlir mənbələri var.

Xatırladaq ki, Moskva şəhərinin büdcəsi dünyada yalnız Nyu-Yorkun büdcəsindən geri qalır. Belə ki,  təxminən 12 milyon əhaliyə malik olan Moskva şəhərinin 50 milyardlıq büdcəyə malik olduğu bildirlir.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR