Moldovanın  Sığorta Kassası Azərbaycanın elektron texnologiyalar əsasında qurulmuş əmək və sosial müdafiə sistemini öyrənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri sahəsində təcrübəsini öyrənmək üçün Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə ölkəmizdə əldə olunmuş maqkroiqtisadi sabitliyin və inkişaf dinamikasının dünya maliyyə böhranının dərinləşdiyi son illərdə də qorunub saxlandığını diqqətə çatdırıb.

L.Qreku Azərbaycana daim dost münasibəti bəslədiklərini və ölkəmizin bütün sahələrdə dinamik inkişafından məmnun olduqlarını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin inkişafının sosial müdafiə sahəsində də əməkdaşlığın genişləndirilməsinə yaxşı imkanlar yaratdığını qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində yaradılmış elektron sistemlərin İKT-nin əmək və sosial müdafiə sistemində tətbiqi sahəsində uğurlu təcrübə formalaşdırdığını vurğulayıb. L.Qreku bu təcrübənin Moldovanın Milli Sosial Sığorta Kassası tərəfindən də öyrənilməsi üçün şərait yaradıldığına görə minnətdarlığını ifadə edib.

Görüşdə müasir sığorta-pensiya modelinin qurulması aspektlərinə, əmək və sosial müdafiə sistemində İKT-nin tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyətinə nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri barədə ətraflı məlumatlar verilməsi nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR