Bilik Fondu uşaqlara və gənclərə kitab hədiyyə etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral - Beynəlxalq Kitab Bağışlama günü (İnternational Book Giving Day) münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirib.

Fonddan "Olaylar" -a bildirilir ki, bu məqsədlə "İmzalı görüş" Nizami rayonu 1 nömrəli Uşaq Evində yazar Sevinc Nuruqızı ilə keçirilib.Tədbirdə yazarın maraqlı şeir və nağılları səsləndirilib. S.Nuruqızı balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Sonra uşaq evinin sakinlərinə kitablar hədiyyə edilib.

Daha bir görüş Nardaran Bilik evində və Oğuz Bilik evində də Fondun əməkdaşları Ceyhun Musaoğlu, Aynur Seyidova və Anar Məcidov yeniyetmə və gənclərlə görüşərək onlara kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyata obyektiv baxışın formalaşmasına kömək edir. Tədbir iştirakçılarına müxtəlif kitablar hədiyyə edilib.

Tədbirdə gənclərə kitablar hədiyyə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR