Kiş-Alban məbədində Azərbaycan multikulturalizmi

Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.

Mərkəzdən "Olaylar" - a bildirilir ki, "Azərbaycan multikulturalizmi" fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetində bu fənni keçən Roza Şəfiyeva "Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi" mövzusunda mühazirə oxuyub.

İrina Kunina Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb: "Bu fənn ölkəmizin 40, dünyanın 15 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd beynəlxalq ictimaiyyəti xalqımızın çoxəsrlik tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış etməkdi."

Daha sonra Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar..

Mühazirədə Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Portuqaliya və Polşadan olan tələbələrin Azərbaycan multikulturalizmi modeli ilə bağlı sualları cavablandırılıb. Gəzintidən sonra tələbələr üçün Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR