Metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib

Bu yaxınlarda metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Rusiyanın "Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi" MMC-nin istehsalı olan dartı modullu "MTK-3-004" motovozu 185 at gücünə, "MT-1-005K" tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir. Dəmiryol nəqliyyatı üçün müəyyən olunmuş yüksək Avropa standartlarına uyğun gələn motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılmış xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir. Bu maşınların əsas ortaq üstünlükləri yüksək güc qabiliyyətidir. Daha bir yenilik yanacaqdoldurma məntəqəsi ilə bağlıdır. "Nərimanov" elektrik deposunda, əsasən, motorels distansiyasının ehtiyaclarını ödəyən hərəsi 15 ton həcmə malik və davamlı materiallardan hazırlanmış iki yanacaq çəni quraşdırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR