Nazir vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Olaylar" - a bildirir ki, nazir  Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün             info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR