Mərkəzi Elmi  Kitabxanadan-  AKSİYA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının kitab hədiyyə aksiyası davam edir. Milli Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabxana öz mübadilə fondundan Bakı Slavyan Universitetinə və Azərbaycan Milli Konservatoriyasına öz seçimlərinə uyğun olaraq kitablar hədiyyə edib.

Qeyd edək ki, MEK yeni ənənənin tətbiqinə 2016-cı ilin may ayından başlayaraq, hədiyyə olunan kitabların seçimini müəssisələrin öz ixtiyarına verib. Seçim kitabxananın www.mek.az saytında Elanlar bölməsində yerləşdirilmiş siyahıdan aparıla bilər. Kitabları əldə etmək istəyən müəssisələr Mərkəzi Elmi Kitabxanaya qeyd olunan nəşrlərin adlarının və sətir nömrələrinin yazıldığı məktubla müraciət edə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR