Gənclərin bələdçilik sahəsinə marağı artırılır

"Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bələdçi - danişan tarix" adlı layihəsinə start verib. Layihə 17-25 yaş arası müxtəlif xarici dil biliklərinə malik olan bir qrup gəncin iştiraki ilə Bakı şəhəri və respublikamızın şimal-qərb bölgəsində həyata keçirilir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin məqsədi - gənclərimizin marağını bələdçilik sahəsinə artırmaq və hazırlanmış gənc bələdçilər vasitəsilə 2017- ci ildə keçiriləcək "IV İslam Həmrəyliyi Oyunları" yarışması ərəfəsində respublikamıza gələn turistlərə xalqımızın qədim tarixi köklərə və zəngin mədəniyyətə malik olduğunu çatdırmağı, tarixi abidələri və füsunkar təbiəti ilə tanış etməyi və turizmin inkişafına tövhə verməyindən ibarətdir. Layihəyə bələdçi və psixoloq ekspertlər, Azərbaycan Turizm və Menecment və digər ali təhsil ocaqların tələbələri cəlb olunub. Layihənin davamı olaraq bu istiqamətdə praktiki təlimlərin respublikamızın şimal - qərb bölgəsində keçirilməsi də nəzərdə tutulmuş və layihənin sonunda ekspertlərin iştirakı ilə seçim mərhələsindən keçən gənc bələdçilər haqqında məlumat, xidmətlərindən yararlanmaq üçün, "IV İslam Həmrəyliyi Oyunları" Təşkilat Komitəsinə təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR