Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

"Bu gün iqtisadiyyatda çox böyük sürətlə gedən islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur". Dövlət İmtahan  Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinninq layihəsinin açılış mərasimində bildirib ki, təcrübəsi, müəyyən iş stajı olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Onun sözlərinə görə, bu sahədə də təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi, dünya standartlarına uyğunluğu vacib məsələdir: "Azərbaycan idarəçilik islahatları sahəsində dünya təcrübəsindən aktiv istifadə edən dövlət hesab edilir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı. Onlar üçün kifayət qədər kadr resursları var idi. Amma kadrlar həmin vakansiyaları tuta bilmirdilər. Belə faktlar dövlət qulluğu sistemində də var idi. İT sahəsi üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər yeni təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular. Təhsilin məzmunu müasir tələblərə cavab vermirdi. Ona görə əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət etməli olurdular. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb və yeni ali məktəblər yaradılıb. Yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmunun müasir standartlara cavab verəcəyinə ümid verir". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR