İşğaldan azad olunan kəndlərimizin yollarının sayı çox olar

"Bu uğura, qələbəyə 2016-ci il aprel döyüşlərində cəsarətlə vuruşan və Vətən uğrunda canlarından keçmiş mərd oğullarımızın sayəsində nail olduq. Hələ işğaldan azad olunan kəndlərimizin yollarının sayı çox olar, İnşallah!.. Bu yol Şuşaya, Kəlbəcərə, Ağdama, Laçına, Füzuliyə və işğal altında olan digər rayonlarımızın kəndlərinə və mərkəzinə qədər uzanacağı gün əslində uzaqda deyil". "OLAYLAR"-ın xəbərinıə görə, bu fikirlər "Azəravtoyol" ASC-nin mətbuat katibliyinin Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə gedən yolun bərpası haqqında imzaladığı sərəncamı dəyərləndirərkən yaydığı açıqlamada yer alıb. Bildirilib ki, işğaldan azad olunan Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması ilə kənddə yeni infrastrukturun yaradılması hər kəsin arzusu idi. Və bu arzumuz Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gerçək oldu. Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı ölkə başçısı sərəncam imzaladı. Əslində bu sərəncam Cocuq Mərcanlılar kimi, hər bir Azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu sərəncamla ümid işığımız yenidən yandı. Qarabağa gedən yolun astanasında olmağımıza heç bir şübhə qalmadı. Bir azərbaycanlı üçün işğaldan azad olunan kəndin yolunun yenidən qurulması necə böyük sevinc, xoşbəxtlikdirsə, düşmən üçün bir o qədər də məğlubiyyətin göstəricisidir. Cocuq Mərcanlıya aparan yolun yenidən qurulması işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün əsl müjdə oldu. Bu müjdə bu gün Cocuq Mərcanlılar üçün, sabah isə bütün Qarabağımızın əhalisi üçün olacaq. Bu müjdəni həyata keçirmək isə bizim üçün əlavə qürur verir. Qürurla bərabər bu işin məsuliyyəti də çox böyükdür. Xülasə, Qarabağımıza gedən digər yolların yenidən qurulması və abalaşdırılması ümidi ilə. Və bir də Cocuq Mərcanlıya gedən yolun abadlaşdırılması, Cocuq Mərcanlıların bu torpağa yenidən qayıtması 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Azərbaycan oğullarının qanını yerdə qoymamağımızın əyani cavabıdır. Məhz onların sayəsində yenidən bu torpaqlara qayıtmaq nəsibimiz oldu".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR