Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyi arasında tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib. İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, "dəyirmi masa"lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR