Binəqədidə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü qeyd edilib

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, SHXÇDX-ninrayon idarəsininrəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı Mirzə Quliyev və digər şəxslər iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. Çıxışlardan sonra Dövlət Xidmətinin rayon İdarəsinin bir qrup əməkdaşları təltif ediliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR