İqdır Azərbaycan Evi Dərnəyi Xocalı müsabiqəsi keçirir 

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) İqdır Azərbaycan Evi Dərnəyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı hekayə,şer, inşa yazı və rəsm müsabiqəsi keçirir. Bu barədə "OLAYLAR"-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, orta məktəb tələbələri arasında keçirilən müsabiqə fevralın 14-də başa çatıb. Münsiflər Heyətinin qərarı ilə ilk 3 yeri tutan məktəblilərə diplom və hədiyyələr veriləcək. Bununla bağlı İqdır Azərbaycan Evi Dərnəyi fevralın 25-də Zübeyde Hanım Bulvarında tədbir keçirəcək.

Qeyd edək ki, İqdır Azərbaycan Evi Dərnəyi artıq ikinci ildir ki, bu müsabiqəni keçirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR