Danimarkada Xocalı mitinqi keçiriləcək

Ermənilərin Xocalıda həyata keçirdiyi soyqırımın 25-ci ildönümü ərəfəsində Danimarkada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı "OLAYLAR"-a Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. Bildirib ki, rəhbərlik etdiyi cəmiyyətin təşkilatçılığı ilə paytaxt Kopenhagendə aksiya keçiriləcək. Kopenhagenin Radhusplads meydaninda keçirilməsi nəzərdə tutulan etiraz mitinqi fevralın 25-də baş tutacaq. Cəmiyyət sədri aksiyanın keçirilməsi ilə bağlı artıq müvafiq qurumlardan icazə alındığını da deyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR