Keçən il 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən bildirilib ki, iclasda çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 2016-ci ildə rəhbərlik etdiyi qurum tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərildiyini, il ərzində istehlakçılara 639 milyon kubmetr su satıldığını diqqətə çatdırıb. Bildirilib ki, hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR