Xocalı məktəbliləri uşaq yazarı ilə görüşdülər

14 fevral - Beynəlxalq Kitab Bağışlama günü (İnternational Book Giving Day) münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İmzalı görüş" layihəsi çərçivəsində növbəti tədbir Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində keçirilib.

Fonddan "Olaylar" - a verilən məlumata görə, yazar Mehriban Nağıyeva ilə görüşdə məktəbin müəllim və şagird kollektivinin bir qrupu ilə yanaşı, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov da iştirak ediblər.

Yazar məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub. Onların suallarını cavablandırıb. Məktəblilər də öz yazdıqları şeirləri söyləyiblər. Səmimi atmosferdə keçən görüşdə Bilik Fondunun əməkdaşları Xocalı məktəblilərinə kitablar hədiyyə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR