Maddi-mədəniyyət nümunələrimizin qorunmasında muzeylər mühüm rol oynayır

AMEA Naxçıvan Bölməsinin Bioresurslar, Təbii Ehtiyatlar İnstitutları və Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Bölmə əməkdaşlarına muzeyi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyasında Naxçıvanın qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Bu eksponatlar bölgənin müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilib.

Diqqətə çatdırılıb ki, muzeyin ekspozisiyası üçün tarixi əhəmiyyət kəsb edən dəyərli materialların toplanması işi davam etdirilir. Maddi-mədəniyyət irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də fəallıq göstərir, əldə etdikləri arxeoloji materialları muzeyə təhvil verirlər.

Qeyd olunub ki, mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində muzeylərin xüsusi rolu vardır. Bildirilib ki, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəbləri bu mədəniyyət ocağı ilə sıx əməkdaşlıq edirlər. Muzeydə elmi-tədqiqat işləri də aparılır.

Naxçıvan Dövlət Tarix Muzeyi ilə yaxından tanış olan Bölmə əməkdaşları muzey işçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR