Milli Məclis fevralın 14-də yığışacaq

Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılacaq, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Deputatlar Meşə, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxacaqlar. Milli Məclis "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR